"Qarabağ Azərbaycandır!" mözusunda tədbir

8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq, məktəbin ingilis dili müəllimləri Leyla Hüseynova və Leyla İsmayılovanın rəhbərliyi ilə tədbir keçirildi. Tədbirdə şagirdlər şeirlər söylədilər, mahnılar səsləndirdilər. Leyla Hüseynova 8 noyabr Zəfər Günü münasibətilə öz şagirdlərini təbrik edərək zəfərimizi bizə yaşadan əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsində qanı, canı bahasına əldə etdiyi qələbə haqqında şagirdlərə məlumat verdi. Sonda məktəbin direktoru Fəttah Fəttayev çıxış edərək, Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini sagirdlərin diqqətinə catdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi