"Qarabağ bizimdir, bizim olacaq" mövzusunda təşkilat saatı

03.11.2021 -ci il tarixində məktəbimizin 4b sinif rəhbəri İradə Mehdiyevanın təşkil etdiyi təşkilat saatı “Qarabağ bizimdir bizim olacaq” mövzusuna həsr olunmuşdur. Dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda I-ci Qarabağ müharibəsində şəhid olmuş Rüstəmov Asif Rüstəm oğlunun nəvəsi Asif Rüstəmov çıxış edərək söylədi ki, mən fəxr edirəm ki, babamın adını daşıyıram. Babam 1992 -ci ildə Ağdamda gedən döyüşlərdə yaralı vəziyyətdə iki döyüş yoldaşını xəstəxanaya çatdırsada özü şəhidlik zirvəsinə ucalmışdır. Çöx şükür ki, babamın qanı yerdə qalmadı. Biz igid qəhrəman əsgərlərimizin, Ali Baş Komandanımızın siyasəti nəticəsində illərdi həsrət qaldığımız Qarabağımıza qovuşduq. 44 günlük müharibədə xalqımız öz birliyini nümayiş etdirərək bir daha sübut etdi kı, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi