İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri

21 oktyabr 2021-ci il tarixində məktəbin Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızının təşkilatçılığı və IX-X sinif şagirdlərinin iştrakı ilə “İşgaldan azad olunmuş ərazilərdə quruculuq işləri” adlı seminar təskil olundu. Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Zimirxan Əliyev işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərin hər addımda nəzərə çarpmasından söz açdı. Zimirxan müəllim sagirdlərin diqqətinə onuda çatdırdı ki, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb. Erməni vandallarının xarabazara çevirdikləri tarixi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Seminar Qarabağ və Şərqi Zəngəzurda başlanan quruculuq işlərindən bəhs edən video çarxın nümayişi ilə başa çatıb.