Aşıq Ələsgər 200

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı mərhələlər şəklində məktəbimizin müəllim heyəti və şagirdləri tərəfindən qeyd edilməkdədir. Bu məqsədlə ustad sənətkarımızın ildönümünə həsr olunmuş divar qəzeti hazırlanmışdır. Şagirdlər Aşıq Ələsgərin həyat və yaradıcılığını öyrənmiş, onun bir-birindən dəyərli sənət nümunələri ilə yaxından tanış olmuşlar.