Məktəbimizin müəllimi təltif edildi

"Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon idarəsinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə məktəbin hərbi rəhbəri Vidadi Bədirov Fəxri Fərmanla təltif olunmuşdur. Məktəb kollektivi adından təbrik edirik, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi