Gəncə hadisələri

Oktyabrın 11-i gecə saatlarında düşmənin silahlı qüvvələri yenidən öz çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri çox təhlükəli bir silah - “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu qanlı terror aktı bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulmasıyla bərabər, düşmən ölkənin məqsədlərindən xəbər verir. Bu hadisə ilə əlaqədar məktəbimizin tarix müəllimi Məhərrəmov Sərhəd akt zalında 9-cu sinif şagirdlərinə seminar təşkil etdi.Sərhəd müəllim Gəncədə baş verən hadısələr haqqında məlumat verdikdən sonra şagirdlərin suallarını cavablandıraraq mövzu ətrafında müzakirələr apardı.Sonda düşmənin törətdiyi bu qanlı terror hadisəsi ilə əlaqədar videoçarx nümayiş etdirildi.