"Torpağı Vətən edən igidlər!" ədəbi-bədii kompozisiya

27 sentyabr “Anım Günü” ilə əlaqədar “Torpağı vətən edən igidlər!” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. 4a sinfinin təşkil etdiyi tədbiri məktəbin direktoru Fəttah Fəttayev açıq elan etdi. Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Zəfər tariximiz, işğaldan azad olunmuş ərazilər haqqında geniş məlumat verən Fəttah Fəttayev hər birimizin xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğuladı. Şəhidlərimizə həsr olunan tədbirdə şagirdlər müxtəlif şeirlər, vətənpərvərlik ruhunda mahnılar ifa edərək onları sayğı və dərin hörmətlə yad etdilər