Zəfər ilinin birinciləri

22 sentyabr respublikamızda fəaliyyət göstərən orta məktəblərin ibtidai siniflərində ənənəvi formada dərs ili başlamışdır. Bu məqsədlə məktəbimizdə "Zəfər ilinin birinciləri" adlı tədbir təşkil olundu. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Fəttah Fəttayev yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib, onlara uğurlar arzuladı. Daha sonra çıxış edən direktor müavini Şəlalə Mütəllimova şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı arzuladı. Qeyd edək ki, təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.