“Yay Məktəbi”nə start verildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 07.06.2021-ci il tarixli 03-08-468/13 nömrəli qərarına əsasən, I-X sinif şagirdləri üçün ödənişsiz və könüllü əsaslarla təşkil olunan “Yay məktəbi”nə start verildi. “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi koronavirus pandemiyası və 2020-ci ilin payız aylarında hərbi vəziyyətlə bağlı tədris prosesində yaranmış fasilələrin nəticələrini aradan qaldırmaq, təhsilalanlara zəruri bilik və bacarıqlar verməkdən ibarətdir. Şagirdlərimiz 2 həftə ərzində “Sizdə gəlin birlikdə öyrənək!” devizi altında əylənərək birlikdə ünsiyyət quracaq, araşdırmalar aparacaq, pandemiya dövründə aldıqları bilik və bacarıqları daha da təkmilləşdirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi