“Əlvida Doğma Məktəb” adlı son zəng tədbiri

İyun ayının 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.06.2021-ci il tarixli 02-14-482/13 nömrəli əmri və məktəbin fəaliyyət planına uyğun olaraq  “Əlvida Doğma Məktəb” adlı son zəng  tədbiri keçirildi. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Fəttah Fəttayev məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib, onlara müstəqil və qalib Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı.
Təlim -tərbiyə işləri üzrə direktor müavini Vəfa Bayramova öz çıxışında bu il 108  şagirdin məzun adını qazandığını bildirdi. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan direktor müavini parlaq gələcəyin məhz gənclərin əlində olduğunu və onların bunu layiqincə dəyərləndirmələrinin vacibliyini vurğuladı. Qeyd edək ki, “Son zəng” məktəbin həyətyanı ərazisində açıq hava şəraitində 1 saatdan artıq olmamaqla keçirildi. Məzunların sevinci və arzuları sonsuz idi. Ona görə ki onlar zəfər ilinin ilk məzunları idilər. Müstəqil həyatın astanasındakı məzunları səmimi qəlbdən təbrik edirik, onlara gələcək təhsillərində, həyatlarında daim uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi