“Biz zəfər qazandıq” onlayn rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Hərbi Qənimətlər Parkında “Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Öncə qonaqlar parkda yerləşdirilən rəsm sərgisi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, tanınmış mədəniyyət və incəsənət xadimləri, müsabiqənin qalibləri və digər rəsmilər iştirak edib. Firudin Qurbanov qeyd edib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda müsabiqə-sərgidə I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib. Məktəbimizin 10 a sinif şagirdi Səfərzadə Humayın 14-17yaş qrupu üzrə keçirilən müsabiqə-sərgiyə təqdim etdiyin rəsm işi III yerə layiq görülmüşdür. Humayı təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq.