1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur.” 1 İyun Uşaqların Beynəlxalq Günü” ilə əlaqədar olaraq 3e sinfində Leyla Əhmədovanın təşkilatçılığı ilə təşkilat saatı keçirildi. Təşkilat saatında Leyla müəllimə şagirdlərə bu günün tarixi haqqında ətraflı məlumat verdi. Uşaqlar Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı məlumatlar rəsmlər çəkdilər, şeirlər söylədilər. Şagirdlər bu il onlara ən böyük hədiyyənin məhz doğma torpaqlarımızın işğaldan azad olunmasının olduğunu söylədilər. Onlar cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusuna təşəkkür etdilər. Daha sonra Vətən uğrunda canından keçmiş zabit və əsgərlərimizin xatirələri yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi