"28 May Respublika Günü tariximizin ən parlaq səhifələrindəndir”

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyi ilə əlaqədar məktəbimizdə ənənəvi tədbirlər keçirilib.  Bu tədbirlərdə biri də 8C sinfində Xəyalə Abbasovanın təşkilatçılığı ilə onlayn keçirilən “28 May Respublika Günü tariximizin ən parlaq səhifələrindəndir” adlı tədbir oldu. Tədbirdə məqsəd 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa fəaliyyəti dövründə gördüyü misilsiz işlərdən söhbət açıb, əldə edilən uğurlar, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat vermək idi. Tədbirdə şagirdlər şeirlər söylədilər, hazırladıqları videoçarxı nümayış etdirdilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi