“Lütfi Zadə-100” mövzusunda açıq dərs

Məktəbin informatika müəllimi Şəfəq Rəhimovanın təşkilatçılığı ilə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş “Açıq dərs” keçirilib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub. İlk öncə elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidentinin ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsinə dair Sərəncamı haqqında məlumat verilib. Sonra görkəmli alimə həsr olunmuş videoçarx nümayiş etdirilib. Şəfəq müəllimə Lütfi Zadə irsi, alimin elm sahəsinə gətirdiyi yeniliklər, elmi fəaliyyəti barədə şagirdlərə geniş məlumat verib. Lütfi Zadəni dünya elmini inkişaf etdirən şəxsiyyət adlandıraraq, elmə böyük töhfələr bəxş edən nəzəriyyələri, xüsusilə də “Z ədədlər nəzəriyyəsi” və 60-cı illərdə elmə gətirdiyi qeyri-səlis məntiq nəzəriyyəsi barədə ətraflı danışıb.
“Lütfi Zadə riskli bir addım atdı. Klassik riyaziyyatı dəyişdi. Real həyatı yaza bilən yeni, qeyri-səlis bir riyaziyyat yaratdı”- deyə tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı əlavə edib. Görkəmli həmvətənimiz elmdə prinsipiallığı ilə seçilib, Aristotel məntiqini genişləndirərək, ortaya fərqli nəzəriyyə çıxarıb. Lütfi Zadənin nəzəriyyələrinin Yaponiyaya və digər ölkələrə töhfələr bəxş etdiyi, intellektual robotların yaranmasına təkan verdiyi, alimlərin və davamçılarının L.Zadənin elmi yaradıcılığından bəhrələndikləri vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi