“Azıx mağarası" mövzusunda açıq dərs keçirildi

1ç sinfində Azərbaycan dili fənnindən "Azıx mağarası" mövzusunda açıq dərs keçirildi.Sinif müəllimi Ələkbərova Gülər slaydlar vasitəsilə motivasiya quraraq şagirdlərin "mağara" anlayışını qavramasına nail oldu. Daha sonra dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasının 30 il erməni işğalçıların əlində olduğunu, yalnız 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsi nəticəsində Azərbaycana qaytarıldığını bildirdi. Azıx mağarası haqqında ən maraqlı məlumatları isə birincilər Prezident İlham Əliyevin öz dilindən videoçarxı izləyərək öyrəndilər. Açıq dərsdə musiqi dərsi ilə inteqrasiyadan da istifadə edildi. Şagirdlər "Xarıbülbül" festivalında səslənən "Qarabağ" mahnısını dinlədilər. Beləliklə, bu dərsdə onlar vətənimiz Azərbaycanın necə qədim ölkə, Azərbaycan xalqının isə necə qəhrəman xalq olduğunu öyrəndilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi