“Yeniyetməlik dövrünün problemləri və onların həll yolu” mövzusunda maarifləndirici semimar

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı və məktəbin psxoloqu Günel müəllimənin təşkilatçılığı ilə 8-ci sinif şagirdləri üçün “Yeniyetməlik dövrünün problemləri və onların həll yolu” adlı onlayn maarifləndirici seminar keçirildi. Seminarın təşkil olunmasında əsas məqsəd yeniyetməlik dövründə yaşanan depressiya, sosiallaşma, yeniyetməlik qorxuları, cinsi kimlik, ailədaxili ünsiyyət problemləri müzakirə etmək və bu problemlərin həlli yolları haqqında məlumat verməkdən ibarət idi. Məktəbin psixoloqu Günel müəllimə qeyd etdi ki, yeniyetməlik kimi keçid bir dövrdə komplekslər yaranır və bu da yeniyetmələrin davranışına mənfi təsir göstərir. Bu zaman valideynlər diqqətli olmalı və övladlarına komplekslərini dəf etməyə kömək etməlidirlər. Tədbir diskussiya şəklində davam etdİ, şagirdləri maraqlandıran suallar cavablandırıldı.