Nizami Gəncəvinin “ Xeyir və şər” hekayəsində xeyirin şər üzərində qələbəsi

Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi barədə imzaladığı sərəncama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 12 mart 2021-ci il tarixli F-56 nömrəli əmrinin icrası və məktəbin fəaliyyət planına uyğun olaraq, dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə aid tədbirlərimiz davam edir. Şairin zəngin ədəbi irsinin, söz sənətinin nadir incilərindən olan əsərlərinin şagirdlərə tanıdılması və öyrədilməsi məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şaiqə Namazəliyeva 21.05. 2021-ci il tarixində 6c sinifində açıq dərs təşkil etmişdir.
Dünya ta əzəldən Xeyirlə Şərin mübarizəsi üzərində qurulub. İşıq, aydınlıq xeyir qüvvələrin, zülmət, qaranlıq isə şər qüvvələrin nişanəsidir. Şər qüvvələrin xisləti başqalarına pislik etməkdir. Xeyir qüvvələr isə heç vaxt çətinliyə düşən insanları darda qoymurlar, onlara kömək əli uzadır, həyatlarını yüngülləşdirməyə can atırlar. Xeyir və Şərin əbədi mübarizəsi, bir qayda olaraq, Xeyirin qələbəsi ilə başa çatır. Şərin aqibəti isə faciə ilə nəticələnir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi də özünün «Xeyir və Şər» məzmun hekayəsini bu mövzuda qələmə almışdır. Həyatda da belədir.Şərin qələbəsi heç vaxt uzun çəkmir. Bunu mənfur qonşularımız olan ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi müsibətlərdə, faciələrdə görmək olar .30 ildən sonra torpaqlarımız Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin, canını vətən uğrunda fəda edən şəhidlərimizin, mərd qazilərimizin sayəsində işğaldan azad olundu.Nəhayət xalqımız zəfər çaldı.İndi Qarabagımız azaddır.Biz bununla qürur duyuruq.