“Dahi sənətkar və mütəfəkkir şair" mövzusunda xüsusi dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Dadayeva 9Ə sinfində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Dahi sənətkar və mütəfəkkir şair" mövzusunda xüsusi dərs keçirildi.Şagirdlər dərsdə şairin həyat və yaradıcılığından bəhs edən təqdimatlarla çıxış etdilər.Onlar N.Gəncəvinin "Xəmsə"sinə daxil olan poemaların hər biri haqqında məlumat vermiş, nümunələr söyləmişlər."Sənsiz", "Sevgili canan" qəzəlləri həm Bülbülün, həm də şağidlərin ifasında dinlənildi.Sonda şairə həsr olunmuş "Nizami" filmindən fraqmentlər nümayış etdirildi.