Mehriban Xəlilzadə ilə onlayn görüş

Məktəbin 7-8-ci sinif şagirdlərinin iştirakı ilə "Təkalduz" sənəti ilə məşğul olan Mehriban xanım Xəlilzadə ilə onlayn görüşü təşkil olundu.
Məşhur tikmə ustası olan Arifə Məmmədova və rəssam Əlimahir Əliyevin ailəsində göz açan Mehriban hələ uşaq ikən tətbiqi sənətin incəliklərini anasından öyrənib. Tikmə ustası olan Mehriban xanım həyatın ona verdiyi bu gözəl fürsətdən yararlana bilib. Mehriban xanım şagirdlərə bu sənətin incəlikləri haqqında məlumat verərək öz əsərlərini nümayiş etdirdi.Şagirdlər üçün maraqlı olan bütün suallar cavablandırıldı. Tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor muavini Arzu Alışqızı da iştirak edirdi. Sonda Arzu müəllimə dəvətimizi qəbul edib, şagirdlərlə görüşə gəldiyi üçün Mehriban xanıma təşəkkürûnü bildirdi.