Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 98-ci ildönümü münasibətilə məktəbdə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri 5A sinif rəhbəri Əsmər Kərimovanın rəhbərliyi və şagirdlərin iştirakı ilə təşkil olundu. Müəllim ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu barədə şagirdlərə ətraflı məlumat verdi. Ölməz liderdən bəhs edilən video-çarx nümayiş olundu. Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi. Əsmər müəllimə çıxışında bildirdi ki, Müstəqil Azərbaycanın təhsil sistemindəki nailiyyətləri Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında Onun “Təhsil millətin gələcəyidir” fikiri dururdu.
Ulu öndərin söylədiyi,bu gün aforizmə çevrilmiş kəlamları da tədbirdə xatırlandı.Hər bir sözü, hər bir fikri böyük məktəb olan Ulu öndər haqqında müəllim və şagirdlər böyük qürur hissi ilə bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi