Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olumuş açıq dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asimə Qubadova 10B sinfində “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda açıq dərs təşkil etdi. Dərsdə Aşıq Ələsgərin həyat və yaradıcılığını əks etdirən təqdimatları və araşdırmaları dinlənildi. Sənətkarın “Çeşmə başında”, “Güləndam”, “Yaylaq”, “Dağlar” qoşmalarından nümunələr səsləndirildi. Aşıq Ələsgərin həyatından söz açan şagirdlər sənətkarın ömrünün son illərində ailəsində və vətənində baş verən faciəli hadisələrin onu sarsıtmasını, səhhətini pozmasını vurğuladılar. 1918-ci ildə erməni daşnaklarının Azərbaycan türkləri yaşayan kəndlərə hücum çəkməsi, evləri yandıraraq günahsız insanları qətlə yetirməsi Aşıq Ələsgəri Göycə mahalının əhalisi ilə birlikdə doğma yurd yerlərini tərk etməyə məcbur etmiş, Kəlbəcərin Qanlıkənd kəndinə köçmüşdür. El kədərini Aşıq özünün “Gözlə, gözlə sən”, “Bu yerdə tapılmaz”, “Dolansın” şeirlərində ifadə etmişdir. Azərbaycan ədəbiyyatı tarixində yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi Azərbaycanın bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi