"Onlayn dərs" müsabiqəsində qalibiyyətimiz

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən pandemiya şəraitində onlayn dərslərin keçirilməsini təşviq etmək və bu sahədə səriştəli müəllimlərin təcrübəsini bölüşmək məqsədilə ümumtəhsil məktəbləri arasında “Onlayn dərs” müsabiqəsi keçirilmişdir. Məktəbimizin müəllimləri bu müsabiqəyə qatılaraq,fərqlənmişlər.
Layihə çərçıvəsində ümumilikdə müsabiqəyə təqdim olunmuş 193 işdən 12 dərs qalib elan edilmiş, 11 dərs isə fərqlənmə dərsi kimi qiymətləndirilmişdir.
Əsmər Kərimova 5”a” sinfində ingilis dili fənni üzrə “Preposition of place” dərsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqənin fərqlənən 11 dərsi arasında öz yerini almışdır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göstərdikləri etimada görə dərin təşəkkürümüzü bildirir, qalibiyyət əldə edən müəllimləri təbrik edir, onlara bu şərəfli işlərində uğurlar arzulayırıq.