“Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır” mövzusunda onlayn dəyirmi masa

Ümummilli Lider  Heydər  Əliyevin anadan olmasının 98 illiyi münasibətilə  V. Sadıqov adına 214 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızının təşkilatçılığı ilə  onlayn dəyirmi masa keçirildi. Tarix müəllimi Zimirxan Əliyevin və 6-cı sinif şagirdlərin qatıldığı tədbir “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır” adlanırdı.

 Arzu Alışqızı çıxışında bildirdi ki, Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideridir. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.

Məktəbin tarix müəllimi Zimirxan Əliyev mövzu  ətrafında  geniş məruzə  etdi.  Məruzədə deyilirdi: “Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz Heydər Əliyev oldu. Bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. O, indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir.  Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.”

Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən video çarx nümayiş etdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi