“Xususi istedad” mövzusunda onlayn açıq dərs

Məktəbin ingilis dili müəllimi Leyla Hüseynova Teams platforması üzərindən 7Ə sinfində onlayn açıq dərs keçdi. “Xüsusi istedad” mövzusunda olan açıq dərsdə fiziki qüsurlu insanların bacarıqlarından söz açıldı. Dərsdə müxtəlif üsullardan istifadə edən müəllim və şagirdlər Venn dioqramı vasitəsilə fiziki qüsurlu və istedadlı 2 insanın oxşar və fərqli cəhətlərini araşdırıb müzakirə etdilər. Həmçinin şagirdlər mövzuya uyğun videotəqdimatlar hazırladılar.