Gülzar İbrahimova ilə onlayn görüş

Tədbirdə 214 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirin keçirilməsinin əsas məqsədi pandemiya dövründə şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda mütaliə vərdişlərinin aşılanması, təfəkkür və rabitəli nitqin formalaşmasına şərait yaratmaqdır. İlk öncə tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış etdi.
Şagirdlər yazıçının həyat və fəaliyyəti haqqında məlumat verdilər. Gülzar xanım ona verilən bütün sualları ətraflı cavablandırdı. Yazıçı məktəblilərə kiab oxumağı, səylə çalışmağı, istədikləri fəaliyyətlə məşğul olmağı və s. kimi ibrətli məsləhətlər verdi. Daha sonra 44 günlük vətən müharibəsindən, qəhrəman şəhid və qazilərimizdən söz açdı. Məktəblilər yazıçını diqqətlə dinləyir, onun şeirlərindən nümunələr söylədilər. Görüş çox yaddaqalan oldu.