“Musiqidə tarixi hadisələri təsvir etmək olarmı? mövzusunda onlayn açıq dərs

26.04.2021-сi il 2B sinfində Musiqi fənnindən Aslanova Nazilə müəllimənin açıq dərsi keçirildi. “Musiqidə tarixi hadisələri təsvir etmək olarmı?” tədqiqat sualı ilə başlayan dərsdə şagirdlər  tədqiqat sualının cavabını 3 janr – rəqs, mahnı və marş janrları əsasında axtarmağa çalışdı.
Uzundərə milli rəqsinin adının haradan  götürüldüyü haqqında məlumat verən müəllim dərsi ikinci Qarabağ müharibəsi ilə uğurla inteqrasiya etdi. 
Eləcə də görkəmli  Muğam ustası Arif Babayevin ifasında “Ağdamım mənim” mahnısını dinləyən şagirdlər göstərilən kadrlarla erməni işğalçılarının törətdikləri dağıntılarla tanış oldular.

44 gün davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin siyasətindən, ordumuzun mərdliyindən, qəhrəmanlığından, zəfər çalmasından söhbət açaraq müxtəlif video-çarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi