“Biz qələbəmizi sənə borcluyuq-Azərbaycan əsgəri” mövzusunda açıq dərs

Daha bir müəllim “Qələbə” dərslərinə öz töhfəsini verdi. Məktəbin tarix müəllimi Mehriban İzmayılova 8D sinfində nümunəvi dərs təqdim etdi. Mehriban müəllimə Vətən müharibəsinə həsr etdiyi vide-çarxı böyük sevinclə nümayiş etdirdi. Şagirdlərə Vətənin müqəddəsliyindən, həsrət qaldığımız Qarabağın Ali Baş Komandan və Müzəfgər Ordumuz sayədində azad olunmasından qürurla söz açdı. Dövlətimizin gücünü nəinki terrorist və işğalçı ölkə, eyni zamanda bütün dünya tanıdı.Vətənpərvər notlarla bitən dərsi, həmkarların xoş sözləri tamamladı.