“Ağabəyim ağa” əsərinin müzakirəsi ilə əlaqədar açıq dərs keçirilmişdir

19 aprel 2021-ci il tarixdə 6-cı sinifdə Sevinc Nuri qızının “Ağabəyim ağa” əsərinin müzakirəsi ilə əlaqədar açıq dərs keçirilmişdir. Şagirdlər tarixi şəxsiyyətlərimiz silsiləsindən Ağabəyim ağanın kimliyi, həyat və fəaliyyəti ilə tanış olmuşlar.

 Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olmuşdur. Şagirdlər bildilər ki,  Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahim xana öz qızı Ağabəyim ağanı  hərəmxanasına göndərməsini söyləyir. İbrahim xan bu nigaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir. Şagirdlər onu da öyrəndilər ki, Ağabəyim ağa Xurşudbanu Natəvanın bibisi olmuşdur.

Şagirdlər mövzu ilə əlaqədar təqdimatlar hazırlamış, çıxışları ilə öz bilikləri ilə paylaşmışlar. Təqdimatlarda Ağabəyim Ağanın qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olması nümayiş etdirilmişdir. Şagirdlər öyrənmişlər ki, Ağabəyim ağa Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi