Vüqar Sadıqovun anım günü

Bu gün Vətənimizin daha bir qəhrəman oğlunun anım günü qeyd edildi. O birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Vüqar Xalıqverdi oğlu Sadıqovdur.Ömrünün 26-cı baharında şəhid adını qazanmış Azərbaycan övladı müəllimlik fəaliyyətindən sonra Murovdan Yuxarı Salahlıya qədər qəhrəman döyüş yolu keçmişdir. Qəhrəmanlar unudulmur, onlar daima qəlbimizdə yaşayır. Keçdikləri həyat yolu, göstərdikləri şücaət bizim həyat amalımıza çevrilir.
Arzu edək ki, biz Vətən daşı olmayaq, ölkə vətəndaşı olaq!