"Məişət zorakılığı" haqqında maarifləndirici seminar

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı 12.04.2021-ci il tarixində 7-ci sinif şagirdlərinin iştirakı ilə "Məişət zorakılığı" mövzusunda maarifləndirici seminar keçirdi. Seminarda məişət zorakılığının geniş yayılmasına toxunularaq, bu kimi halların cəmiyyət üçün çox təhlükəli olması barədə ətraflı müzakirələr aparıldı. Tədbirdə qeyd olundu ki, məişət zorakılığına məruz qalmış ailədə böyüyən uşaqlarda özlərinə qapanma halları sıx-sıx müşahidə olunur.
Belə uşaqların təlim-tərbiyəsində ciddi çatışmazlıqlar meydana çıxır. Bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi olaraq şagird və valideynlərlə maarifləndirici tədbirlərə ehtiyac duyulur.
Sonda şagirdlərə mövzu ilə əlaqədar videoçarx nümayiş olundu.