Valideynlərlə onlayn görüş

Məktəbdə 9-cu sinif şagirdlərinin valideynləri ilə MİCROSoft TEAMS platforması üzərindən onlayn görüş keçirilmişdir. Görüşdə məktəb rəhbərliyi, 9-cu siniflərin rəhbərləri və fənn müəllimləri iştirak etmişlər.
Görüşdə distant dərslərin təşkilindən, şagirdlərin dərslərə davamiyyətindən, I Yarımilin yekunları, 15.03.2021-ci ildə aparılmış monitorinqin nəticələri, peşə yönümü ilə əlaqədar ixtisas seçimi məsələləri, gələcəkdə təmayül siniflərin formalaşması barədə müzakirələr aparıldı.
Görüşdə müəllim və valideynlər tərəfindən verilmiş təkliflər dinlənildi. Müəllimlər əlavə məşğələ saatların artırılmasını və bu işdə valideyn nəzarətinin artırılmasını təklif etdilər. Valideynlər isə hər həftə sonu imtahana düşən fənlər üzrə sınaqların təşkil olunmasını istədilər.
Müəllim və valideynlər belə görüşlərin mütəmadi olaraq təşkil olunmasını istədilər. Hamılıqla o qənaətə gəlindi ki, ümumi səy nəticəsində müvəffəqiyyət əldə etmək nə qədər səmərəlidirsə uğura gedən yol da daha yaxın olur.