Təltif olunan müəllimlərlə göruş keçirilib

Təltif olunan müəllimlərlə göruş keçirilib.
"Virtual Məktəb" layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə təltif olunan müəllimlərlə görüş keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və təltif olunan müəllimlər iştirak ediblər.
Qeyd edəki ki, "Virtual Məktəb" layihəsinin həyata keçirilməsində göstərdiyi dəstəyə görə məktəbimizin ingilis dili müəllimi Əsmər Kərimova Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə"yə layiq görülüb.Pedaqoji kollektiv adından Əsmər müəlliməyə gələcək işlərində uğurlar arzu edirik.