Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

Məktəbin 6B sinif  rəhbəri Gülnar Hacıyevanın rəhbərliyi ilə "Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir" mövzusunda təşkilat saatı keçirildi. Təşkilat saatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuşdu. İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Mübariz İbrahimova həsr edilmiş şeirlər söylədilər, hazırladıqları videoçarxları nümayiş etdirdilər. Gülnar müəllimə çıxış edərək söylədi:- "Yüksəklikdə bir postumuz var. Bu postda Mübarizində ayaq izləri qalıb. Buradakı daşa, torpağa onun da nəfəsi hopub.Bu post Azərbaycanın Milli  Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Cəsur əsgərlərimiz qəhrəmanın adını daşıyan bu posta göndərilməyi haqlı olaraq etimad kimi qəbul edir, Mübarizin şərəfli adına layiq olmağa çalışırlar. Cəsurluq, mərdlik, igidlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir". Sonda "İgidliyin Mübariz zirvəsi" adlı sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi