“Bitkilərin insan həyatında rolu” mövzusunda açıq dərs

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq məktəbimizdə açıq dərslər təşkil olunur. Belə dərslərdən biri də 3 d sinfində müəllim Nina Əhmədli tərəfindən keçirildi. Həyat bilgisi fənnindən “Bitkilərin insan həyatında rolu” mövzulu dərsdə Nina müəllimə işğaldan azad edilmiş ərazilərin bitki örtüyü haqqında slaydlarla geniş məlumat verdi. Dərsdə fəal iştirak edən şagirdlər öyrəndikləri bitki növləri barədə biliklərini testlər işləməklə möhkəmləndirdilər, müxtəlif tapşırıqlar həll etdilər. Sonda məktəbin direktoru Fəttah Fəttayev və digər iştirakçılar dərs haqqında xoş təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi