“Güc birlikdədir" mövzusunda açıq dərs

Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli "Fəaliyyət Planının təsdiqi barədə" F-512 əmrini icra etmək məqsədilə məktəbdə silsilə tədbirlər davam edir.
"Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması məqsədilə 2ç sinfinin müəllimi Quliyeva Esmira “Güc birlikdədir” mövzusunda nümunəvi dərs təşkil etdi. Müəllimin əsas məqsədi şagirdlərə əldə olunan qələbəmizdə rəhbər, ordu, xalq birliyinin nə qədər önəmli rol oynadığını aşılamaq idi. Buna nail olmaq üçün Esmira müəllimə müxtəlif üsullardan istifadə edərək ordumuzun zəfər yürüşündən kadrlar nümayiş etdirdi. Eyni zamanda dərsin gedişində Qarabağın tarixi ilə bağlı məlumat verərək mövzuya uğurlu inteqrasiya etdi. Sonda dərsdə iştirak edən məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri dərslə bağlı xoş təəssüratlarını bölüşdülər.