"Səndən ötrü can verməyə cümlə hazırız" mövzusunda açıq dərs

"20 yanvar tarixi qan yaddaşı olaraq illərdir xatırlanır, ehtiramla anılır. Bu hadisələrin ardınca Birinci Qarabağ müharibəsi baş verdi, igid oğullar son damla qanlarına kimi torpaq üçün vuruşdular, vətən üçün canlarından keçdilər. Amma illər keçdi, nə az nə çox 28 il ötdü. Amma bu torpaq yenə də vətənpərvər oğullar yetişdirdi, qəlbi vətən eşqi ilə döyünən oğullar yenə də himnimizdə deyildiyi kimi" Səndən ötrü can verməyə cümlə haızırız!" deyərək II Qarabağ müharibəsində döyüşdülər, bu dəfə ölümləri ilə həm də Zəfər bəxş etdilər.
Biz hər il sizinlə şəhidlərimizi yad edirik, onları sizlərə tanıdırıq. Bu gün isə artıq Zəfər tarixini qanları ilə yazan şəhidlərimizi də unutmuruq. Onları da sizlərə tanıtdıracayıq. Çünki bu torpağı var edən onlardır." Bu sözlər məktəbin 3A Sağlam Təhsil sinfində təşkil olunmuş açıq dərsdə sinif müəllimi Naidə Hüseynova tərəfindən söylənilib.