20 Yanvar hadisəsinin otuz birinci ildönümünə həsr olunmuş təkilat saatı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.01.2021-ci il tarixli, F-05/1 nömrəli əmrini həyata keçirmək məqsədilə silsilə tədbirlər təşkil edilir. Məktəbin 6C sinif rəhbəri Şaiqə Namazəliyevanın rəhbərliyi ilə “20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda onlayn təşkilat saatı keçirildi.
Tədbirdə şagirdlər “Qanlı yanvar” gecəsindən, 20 Yanvar hadisələrinin baş vermə səbəbindən və Azərbaycanın mərd, igid, vətənpərvər övladlarından danışdırlar.
Şaiqə müəllimə şagirdlərə müstəqilliyimizə gedən yolun 20 Yanvar hadisələrindən keçməsi barədə məlumat verdi. Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış edərək, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu vurğuladı. Sonda 20 Yanvar facisəini əks etdirən videoçarx nümayiş olundu.