“Vətən torpağının azadlığı ən böyük şərəfdir” mövzusunda tədbir

Məktəbin 4-cü sinif müəllimlərinin təşkilatçılığı və 4-cü sinif rus bölməsinin şagirdlərinin iştirakı ilə “Vətən torpağının azadlığı ən böyük şərəfdir” mövzusunda onlayn tədbir keçirildi. Tədbir Dövlət himnimizin səsləndirilməsi ilə başlandı. Azərbaycan xalqının qəlbində özünə ölməzlik taxtı qurmuş igid, cəsur, 2-ci Qarabağ müharibəsinin şəhidlərinə həsr olunmuş təqdimat nümayiş olundu. Qeyd olundu ki, Ali Baş Komandanın möhkəm iradəsi və güclü siyasəti ordumuzun gücü ilə birləşərək, ölkəmizə qələbə sevinc yaşatdı.
Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər, işğaldan azad olunmuş rayonlar haqqında maraqlı məlumatlar səsləndirdilər. Sonda tədbiri izləyən məktəb rəhbərliyi tədbir haqqında xoş təsuratlarını bölüşdü.