"Riyaziyyat hər yerdə var yeter ki, onu görə biləsən" mövzusunda açıq dərs

Azərbaycan Respublikası Təhsil nazirinin 16.112020-ci il tarixli  "Fəaliyyət Planının təsdiqi barədə" F-512 əmrini icra etmək məqsədilə məktəbdə silsilə tədbirlər davam edir.

"Azərbaycan Ordsusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində  açdığı yeni səhifə" ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması məqsədilə 3A Sağlam Təhsil sinfinin müəllimi Naidə Hüseynova riyaziyyatdan "Çoxbucaqlıların perimetri "mövzusunda nümunəvi dərs təşkil etdi.

Virtual məktəb platformasında təşkil olunan dərsdə məktəb rəhbərləri, ibtidai sinif müəllimləri və fənn müəllimləri iştirak edirdi. Naidə müəllimə hazırladığı tədqiqad suallarını slaydlarla şagirdlərə təqdim etdi. Şagirdlərin çətinlik çəkmədən sərbəst şəkildə işləmələri onu bir daha sübut etdi ki, onlar virtual məktəb platformasının funksiyalarına arıq bələdirlər. Müəllim hazırladığı  tapşırıqlarda işğaldan azad olunmuş rayonların ərazilərini riyaziyyat fəninin terminləri ilə inteqrasiya etdi. Sonda məktəbin direktoru Fəttah müəllim və digər iştirakçılar çıxış edərək  xoş təsuratlarını paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi