"Biz Azərbaycanlıyıq, biz Həmrəyik" adlı onlayn dəyirmi masa

Məktəbin tarix müəllimi Sərhəd Məhərrəmovun rəhbərliyi və 10-cu sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edildi. Şagirdlər Həmrəylik gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verərək müzakirələr apardılar. Sərhəd müəllim öz çıxışında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə Azərbaycanlılar tərəfindən geniş qeyd olunduğunu vurğuladı.
Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün milli birlik, milli - mənəvi dəyərlərə hörmət, ölkəmizə məhəbbət hissini özündə təcəssüm etdirməsini bir daha şagirdlərin diqqətinə çatdırdı. Tədbirin sonunda Həmrəylik Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi.