31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qururvericidir. Bu məqsədlə məktəbimizin 3ç sinif şagirdləri, sinif rəhbəri Elmira Məmmədovanın rəhbərliyi ilə onlayn tədbir keçirtdilər. Şagirdlər Vətənə, Həmrəylik Gününə həsr olunmuş şeirlər və mahnılar söylədilər.