Sinif rəhbərləri ilə onlayn görüş

23 dekabr tarixində məktəb rəhbərliyinin sinif rəhbərləri ilə onlayn görüşü keçirildi. Görüşün məqsədi virtual məktəb platformasına nəzarət, şagirdlərin davamlı iştirakını təşkil etmək, qarşılaşdığımız problemləri birgə müzakirə edərək həlli yolunu tapmaq idi. İclasda çıxış edən məktəbin direktoru Fəttah Fəttayev əsas məsələnin davamiyyətin gücləndirilməsi, diqqətdən kənarda heç bir şagirdin qalmamasnı bir daha nəzərə çatdırdı. Zəif oxuyan şagirdlərlə də aparılan işin keyfiyyətinin artırılması ön planda idi. Şagirdlərin vətənpərvərlik ruhunda böyüdülməsi, müxtəlif bilik yarışlarına, tədbirlərə cəlb olunması da müzakirə mövzusu idi. Sinif rəhbərlərini maraqlandıran suallar direktor və direktor müavinləri tərəfindən cavablandırıldı.