Bizim fəxrimizsən

Çətin və ağır sınaqlardan keçən, canı ilə düşmənə sipər olan, Vətən savaşının qəhrəman oğullarından biri də II Qarabağ müharibəsinin qazisi Yarıyev Azər Ağabəy oğludur. Azər 2016-cı ildə 214 saylı məktəbi bitirmiş, 2020-ci ildə isə Texniki Universiteti bitirərək hərbi xdimətə yollanmışdır. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 27-də Xocavənd uğurunda gedən döyüşlərdə 4 qəlpə yarası almışdır. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı, Azərin sinif yoldaşları, ibtidai sinif müəllimi Laləxanım müəllimə kiçik məktəblilərlə birlikdə qazimizin görürüşünə getdilər.