"Şəhidlər ölməz-Vətən bölünməz" adlı təşkilat saatı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli əmrin icrası ilə bağlı silsilə tədbilər davam edir.
Bu məqsədlə məktəbin 4C sinif rəhbəri Laləxanım Əliyevanın rəhbrəliyi ilə "Şəhidlər ölməz-Vətən bölünməz" başlığı altında təşkilat saatı keçirildi. Təşkilat saatı Vətən müharibəsi zamanı işğalda olan torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan oğullarımıza həsr olunmuşdur. Laləxanım müəllimə Vətən savaşında canlarını fəda edən qəhrəman oğullarımızın rəşadətindən bəh etdi, şəhidliyin adi ölüm deyil, Vətən, topraq və böyük amallar uğurunda candan keçmək, özünü şüurlu şəkildə qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxliyinə bağışlamaq olduğunu vurğuladı.Şagirdlər də öz növbəsində şəhidlərimizin ruhunu və qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi