Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür

Ağı deyir Turşsu, Tərtər, Həkəri,
Bulud örtüb çöhrəsini şəhərin,
Pozulsa da Laçına son səfərin,
Səsin gəlir, yenə öndən Salatın!
İlk qadın Milli Qəhrəmanımız, Azərbaycan jurnalistikasının qəhrəmanlıq simvolu, Salatın Əsgərovanın bu gün 16 dekabr doğum günüdür. Bu məqsədlə məktəbimizin 6A sinif rəhbəri İlkanə Nəbiyeva təşkilat saatı keçirtdi. İlkanə müəllimə çıxış edərək söylədi: "Qarlı bir qış günü-yanvarın 9-u... Məhz o gün, yeni bir hekayə başlayırdı. İndi bu hekayəni Salatın qələmin mürəkkəbi ilə yox, qanı ilə yazacaqdı. Ölüm insan həyatının sonu olsa da, əksinə Salatın ölümü ilə yenidən doğuldu. Özü də dekabrın 16-sı Bakıda yox, yanvarın 9-u cəbhə bölgəsində...
Laçına qələmi ilə yollanan Salatın, Qala dərəsi adlanan yerdə gülləyə tuş gəldi. Bu gün Salatın Əsgərovanın ruhu şaddır. Ona görə ki, artıq o torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Şagirdlər Salatın Əsgərovanın həyat yolundan, jurnalistika fəaliyyətindən söhbət açaraq Milli Qəhrəmanımızı yad etdilər.