Unutsaq unudularıq!

Məktəbin 4C sinif rəhbəri Laləxanım Əliyeva və şagirdləri İkinci Qarabağ müharibəsində şəhid olmuş 2783 şəhidimizdən biri İlqar Hümbətovun ailəsini ziyarət etmişlər. İlqar Hümbətov işğal altında olan torpaqlarımızın azad olunması arzusu ilə alışıb yanan bir Azərbaycan oğlu idi. Qəhrəmanımız qolundan ciddi yara almasına baxmayaraq, Suqovuşan istiqamətində gedən döyüşlərdə bir neçə hərbiçi yoldaşını da xilas edir. Cəsur döyüşçümüz oktyabrın 13-də Müqəddəs şəhidlik zirvəsinə yüksəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi