"Qarabağ Azərbaycandır!"adlı intellektual müsabiqə

İnsanın ən ali hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə,obaya,vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyildir.Vətənpərvərlik həm də Vətənn naminə çalışmaq,Vətəni qorumağa hər an hazır olmaq,Vətənin,xalqın hər bir uğuruna sevinməkdir.Bu hiss insanda anadangəlmə olsa da,bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir,artır . Müasir dövrdə təhsilin qarşısına qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli , ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır.Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04 dekabr 2020 -ci il tarixli F-246 N-li əmri ilə təsdiq edilmiş məktəblərarası "Qarabağ Azərbaycandır!"adlı intellektual müsabiqə nəzərdə tutulmuşdur.14.12.2020 tarixində müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Müsabiqədə VIII-XI sinif şagirdlərindən Aydan Əskərova,Qəmər Məhərrəmli,Rauf Mənəfov və Əkbər Quluzadə iştirak etdilər.Onlar 1-ci Qarabağ müharibəsi,Aprel döyüşləri,2-ci Qarabağ müharibəsi,Tovuz döyüşləri Qarabağın tarixi,ışğaldan azad edilmiş bölgələrin tarixi,mədəniyyəti tarixi abidələri coğrafiyası,şəxsiyyətləri, Azərbaycanla bağlı ümumi dünyagörüşü haqqında biliklərini nümayış etdirdilər.Əkbər Quluzadə müsabiqənin rayon mərhələsində məktəbimizi təmsil edəcək.Əkbərə müsabiqədə uğurlar arzulayırıq!