Xarı bülbülün ətrini duymağa gəlirik-adlı onlayn tədbir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli Əmrin icrası ilə bağlı silsilə tədbirlərin icrası davam edir.
Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızının təşkilatçılığı və 7C sinif şagirdlərinin iştirakı ilə Xarı bülbülün ətrini duymağa gəlirik-adlı onlayn tədbir keçirildi. Tədbir Vətən uğurunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra, Arzu Alışqızı çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğurunda mübarizə tarixinə ən şərəfli tarix kimi daxil olan Vətən müharibəsindən danışdı.
Tədbir şagirdlərin çıxışı ilə davam etdi. Şagirdlər Şuşa şəhərinin tarixi, coğrafi mövqeyi, təbiəti, dini və abidələri, tarixi şəxsiyyətləri haqqında ətraflı məlumatlar verdilər. Onlayn tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeyirlər söyləyib, Şuşanın gözəlliyini əks etdirən videoçarxlar nümayiş etdirdilər.