"Vətənimsən Azərbaycan!" mövzusunda onlayn tədbir

Təhsil Nazirliyinin F 512 nömrəli əmrinə əsasən məkətəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asimə Qubadova 5C sinif şagirdləri ilə birlikdə "Vətənimsən Azərbaycan!" adlı onlayn tədbir keçirdi. Qələbə münasibətilə hamını təbrik edən Asimə müəllimə ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimizdən, qəhrəmanlıqları ilə dünyanı heyrətə salan Azərbaycan əsgərindən söz açdı. Şagirdlər işğaldan azad olan Füzuli rayonunun tarixi, dini və mədəni abidləri, tarixi şəxsiyyətləri, dünəni və bugünü haqqında məlumatlar verdilər. Tədbirin sonunda çıxış edən direktor müavini Arzu Alışqızı bu qələbə sevincini bizlərə yaşadan Ali Baş Komandamızın daxili və xarici siyasətindən və Müzəffər Ordumuzun şücaətindən danışdı.