"Qarabağım bir naxışdır" mövzusunda onlayn rəsm müsabiqəsi

Məktəbin rəsm müəllimlərinin təşkilatçılığı ilə "Qarabağım bir naxışdır" mövzusunda onlayn rəsm müsabiqəsi təşkil etdilər. Onlayn müsabiqə Qarabağın işğaldan azad olunmuş bölgələrinə və Vətən torpağının işğaldan azad olunması uğrunda döyüşən və canından keçən Azərbaycan Ordusunun zəfərinə həsr olunmuşdur. Müsabiqənin qalibləri məktəb rəhbərliyi tərəfindən mükafata layiq görüləcəkdir.